Ukraynada vəziyyətin gərginləşməsi səbəbilə azı 1,25 milyon insan qonşu ölkələrə getməyə məcbur olub.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Bildirilib ki, onlardan 672 mini Polşaya, 194 mini Moldovaya və 133 mini Macarıstana gedib.
Təşkilat Avropa İttifaqının “Ukraynadan çıxanlara müvəqqəti müdafiə təklif etmək” qərarını alqışlayıb.
Bizim.Media