“Böyük Britaniya hakimiyyəti rus oliqarxlarının müsadirə edilmiş malikanələrindən ukraynalı qaçqınların yerləşdirilməsi üçün istifadə etməyi planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini Dominik Raab açıqlama verib.
“Həmçinin hökumət oliqarxların sərvətlərini necə əldə etdikləri ilə bağlı araşdırmaları dayandırmaq üçün Britaniya məhkəmə sistemindən istifadənin qarşısının alınmasına dair qaydalar təqdim edəcək” – deyə Raab qeyd edib.
Qeyd edək ki, sanksiya tətbiq edilənlər arasında rus milyarder Alişer Usmanov və Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov da var.
Sanksiya çərçivəsində hər iki şəxsin aktivləri dondurulacaq və Böyük Britaniyaya səyahətinə qadağa qoyulacaq.
Bizim.Media