Ukraynada müharibənin davam etdiyi 8 gün ərzində 390 körpə dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Səhiyyə İdarəsi “Facebook” hesabında məlumat paylaşıb.
“Onlar Kiyevin yeni insanlarıdır. İndiyədək 199-u oğlan və 191-i qız olmaqla 390 uşaq dünyaya gəlib. Paytaxtdakı uşaqlar yaşamaq üçün, Ukraynanın gələcəyini qurmaq üçün doğulurlar. Sağlam və xoşbəxt olsunlar. Dinc səma və parlaq günəş altında böyüsünlər” – deyə məlumatda qeyd edilib.
Bizim.Media