Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin "Medeya" əsəri əsasında eyniadlı mono-tamaşa hazırlanır.
Bizim Media xəbər verir ki, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik həllini verən və xoreoqrafı Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Medeya rolunu Əməkdar artist Münəvvər Əliyeva ifa edəcək. Tamaşanın premyerası yaxın günlərdə baş tutacaq.
Bizim.Media




