“Bu gün səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib".
Bizim.Media xəbər verir ki, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.
O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb.
“Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən ya Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbayaca getsin. Onlar özləri gedəcək” – deyə Həsənov qeyd edib.
Bizim.Media