Rusiyanın biznes xəbər kanallarından birində maraqlı hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, investisiya mütəxəssisi və “Allies” investisiya qrupunun təsisçisi olan Aleksandr Butmanov canlı efirdə “birjanın ölümü” şərəfinə “tost” qaldırıb.
“Mən 25 il öncə olduğu kimi “Şaxta baba” olaraq işləyəcəyəm. 12-13 il əvvəl birjanın ölümünə içki içmiş Sergey Usiçenkoya salam göndərirəm. Bu gün mən qazlı su içirəm. Hörmətli birja, sən bizə yaxın idin, maraqlı idin. Rahat yat, əziz yoldaş” – deyə Butmanov qeyd edib.
Sözügedən kadrları təqdim edirik:
Bizim.Media