Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları gün gecə saat 01:30-da qatarla Rumıniyaya gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı sözügedən ölkədə yaşayan diaspor fəalı Vaqif Həsənov “Facebook” hesabında yazıb.
“Hazırda azərbaycanılar Rumıniya tərəfinin ayırdığı müvəqqəti sığınacaqlarda yerləşdirilib. Çox qısa bir zamanda Azərbaycan Dövləti həmvətənlərimizi Vətənə yola salacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə nəticəsində Ukraynada yaşayan Azərbaycan vətəndaşları Polşa, Moldova və Rumıniya vasitəsilə ölkəyə gətirilirlər.
Bizim.Media