Rusiyalı şanson ifaçısı Anna Jukovanın cəsədi Moskvadakı mənzilində ölümündən 3 gün sonra tapılıb.
Bizim.Media xəbər verir ki, fevralın 28-də oğlu polisə müraciət edərək anasını görmək üçün mənzilə daxil olarkən onu ölü tapdığını bildirib.
İlkin məlumatda qeyd olunub ki, 60 yaşlı Annanın meyitində zorakılıq əlamətləri aşkar edilməyib.
Belə ki, onun cəsədi aşkarlanmadan iki gün əvvəl kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.
Ölümün dəqiq səbəbi tibbi ekspertizadan sonra bəlli olacaq. (Axşam.az)
Bizim.Media