Rusiya hərbçiləri Xarkov yaxınlığındakı Yakovlevka kəndini darmadağın ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova “Telegram”da yazıb.
Mənbə qeyd edir ki, “Rusiya aviasiyası Yakovlevkadan tornado kimi keçib”.
İlkin məlumatlara görə, azı 3 nəfər həlak olub, onlardan 2-si mülki şəxsdir. 8 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. 45 ev dağılıb, onlardan 21-i tamamilə yerlə yeksan edilib.
Yaralıların və ölənlərin sayı dəqiqləşdiriləcək.
Bizim.Media