Qazaxıstanın "FlyArystan" loukoster aviaşirkəti Aktau-Bakı marşrutu ilə aviareyslərini həyata keçirməyə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə olmaqla aprelin 1-dən işə düşəcək.
Qeyd edək ki, 2018-ci ildə təsis edilən "FlyArystan" Qazaxıstanın ilk loukoster aviaşirkətidir.
Bizim.Media