Yaşlı qadının başına kreslo düşüb. O, hadisə yerində dünyasını dəyib.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər “RİA Novosti” agentliyinin Telegram kanalında yer alıb.
Mənbə qeyd edir ki, faciə Rusiyanın Novosibirsk şəhərində baş verib.
Belə ki, mənzillərdən birinin kirayəçiləri - 20 yaşlı gənc və 24 yaşlı qız yeddinci mərtəbədən kreslo atıblar. Həmin vaxt isə yaşlı qadın binadan bayıra çıxırmış.
Videodan görünür ki, həyətdəki it onun hərəkətinə mane olmaq istəyib. Qadın isə itə təpinərək irəli addım atıb və bu vaxt faciə yaşanıb.
Bizim.Media