Avropa İttifaqı Ukraynaya 500 milyon avro dəyərində humanitar yardım ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının başçısı Ursula fon der Leyen “Twitter” də yazıb.
“Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün öz büdcəsindən azı 500 milyon avro ayıracaq və gələcəkdə daha çox verəcək. Biz, həmçinin Rumıniyada Ukrayna üçün humanitar mərkəz yaradacağıq”, - deyə Leyen qeyd edib.
Bizim.Media
