Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.
“Vəziyyətlə bağlı dərhal aktiv araşdırmaya başlamaq qərarı barədə ICC rəhbərliyini məlumatlandırdım. Sübut toplamaq üçün işimiz başlayıb", - deyə Xan qeyd edib.
Bizim.Media