Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub.
Xatırladaq ki, daha əvvəl komitə Rusiya və Belarus idmançılarına IPC bayrağı altında Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında neytral statusda iştirakına qərar vermişdi.
Qeyd edək ki, Pekin-2022 4 - 13 mart tarixlərində baş tutacaq.
Bizim.Media