Çin alimləri təhlükəli asteroidlərin nüvə yüklərinin köməyi ilə zərərsizləşdirilməsi üçün daha effektiv üsul hazırladıqlarını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.
Space: Science & Technology jurnalında dərc olunan araşdırmaya əsasən, ilk mərhələdə metal penetrator asteroidə çırpılaraq onun daxilində dərin deşik açmalıdır.
Daha sonra ikinci aparat həmin boşluğa nüvə yükünü yerləşdirəcək və yeraltı partlayış həyata keçiriləcək.
Alimlərin hesablamalarına görə, gücü 3 meqaton olan nüvə yükü (Xirosimaya atılan bombadan təxminən 200 dəfə güclü) diametri təxminən 100 metr olan asteroidi tamamilə məhv edə bilər.
Modelləşdirmə göstərib ki, nüvə yükünün təxminən 30 metr dərinlikdə partladılması asteroidin trayektoriyasını dəyişmək baxımından səth partlayışı ilə müqayisədə üç dəfədən çox effektivdir.

Bizim.Media