Üçüncü Dünya Müharibəsi baş verərsə, nüvə silahından isifadə olunacaq və hər yer dağılacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aljazeera telekanalına müsahibəsində deyib.
“Üçüncü Dünya Müharibəsi dağıdıcı nüvə müharibəsi adı ilə tarixə düşəcək”, - deyə nazir bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya Ukrayna ilə danışıqların ikinci raunduna hazırdır, lakin Kiyev “ABŞ-ın göstərişi ilə” prosesi gecikdirir.
Bizim.Media