Avropa İttifaqı ölkələri Rusiyanın ticarət gəmiçiliyini çətinləşdirəcək məhdudiyyətlərini sərtləşdirmək məqsədilə Rusiya gəmilərinin limanlara girişini qadağan etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Britaniya artıq Rusiyaya məxsus bütün gəmilərin Britaniya limanlarına girişini qadağan etmək qərarına gəlib.
Danimarka Xarici İşlər Nazirliyindən bildirilib ki, Aİ nazirləri bazar günü Avropa limanlarının Rusiya gəmiləri üçün bağlanmasını müzakirə ediblər.
Bizim.Media