Kanadalı deputat Çarli Anqus Rusiya səfirliyinin yerləşdiyi küçəyə Ukrayna prezidenti Vladimir Zelenskinin şərəfinə adlandırılmasını təklif edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.
“Sadə bir təklifim var. Rusiyanın Kanadadakı səfirliyi Ottavanın Şarlotta küçəsində yerləşir. Nə üçün onun adını Zelenski bulvarı qoymayaq? Çünki bu andan etibarən Vladimir Zelenski Rusiyanın dünya ilə münasibətlərini dəyişdi”, – deputat təklif edib.
Hazırda Zelenski Ukraynanın Rusiya qoşunlarından müdafiəsinə cavabdehdir, həmçinin xarici həmkarları və diplomatları ilə əlaqə saxlayır.
Bizim.Media