Moskva "Lokomotiv" futbol klubunun baş məşqçisi Markus Gisdol istefa verib.
Bizim.Media "Lenra.ru"-ya istinadən xəbər verir ki, o, bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq verdiyini deyib.
"Müharibədə günahkar olan bir ölkədə işimə davam edə bilməzdim. Mənim dəyərlərim buna yol vermir. Ona görə də istefa verdim" - deyə M.Gisdol bildirib.
Qeyd edək ki, Markus Gisdol 2021-ci ilin oktyabrında "Lokomotiv"in baş məşqçisi təyin edilmişdi.
Bizim.Media