Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransanı hədələyib.
Bizim.Media xəbər verir ki, Rusiya rəsmisi bu barədə “Twitter”də paylaşım edib:
“Bu gün Fransanın hansısa naziri Rusiyaya iqtisadi müharibə elan etdiklərini deyib. Dediklərinizə fikir verin, cənablar! Unutmayın ki, bəşər tarixində iqtisadi müharibələr çox vaxt həqiqi müharibəyə çevrilib”, - deyə D. Medvedyev yazıb.
Qeyd edək ki, Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer Rusiyaya qarşı qlobal miqyasda iqtisadi və maliyyə müharibəsi aparmağa hazır olduqlarını bildirmişdi.
Bizim.Media
