Böyük Britaniya Rusiya gəmilərinin Böyük Britaniya limanlarına daxil olmasını qadağan edən qanun qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps öz “Twitter” hesabında məlumat verib.
“Biz Rusiya ilə əlaqəli bütün gəmilərin Britaniya limanlarına daxil olmasını tamamilə qadağan edən qanun qəbul edən ilk ölkə olduq”- deyə nazir qeyd edib.
Tədbirlər Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilib.
Bizim.Media
