Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu martın 2-də Belarus ərazisində baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Ukrayna KİV-nə istinadən xəbər verir.
Xatırladaq ki, danışıqların ilk mərhələsində Rusiya Ukraynanın denazifikasiyasını, həmçinin Donetsk və Luqansk vilayətləri sərhədləri daxilində DXR və LPR-nin tanınmasını tələb edib.
Ukrayna prezidenti Volodimir Zelenski 28 fevralda baş tutan görüşdə istədikləri nəticəni əldə edə bilmədiklərini söyləyib.
Bizim.Media