Qərb Kiyevin “mübahisəsiz sədaqəti” müqabilində Ukraynada insan hüquq və azadlıqlarının pozulmasına göz yumur.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov BMT İnsan Hüquqları Şurasının (İHŞ) sessiyasında videomüraciət formatında çıxışı zamanı deyib.
“İstənilən insan hüquqlarını, azadlıqlarını tapdalaya, insanları öldürə, neonasist ənənələrini və təcrübələrini inkişaf etdirə bilərsiniz. Sizin sədaqətinizin və itaətinizin müqabilində “mədəni” Qərb bütün bunlara göz yumacaq” – deyə Lavrov qeyd edib.
Nazir, Qərbin ikili standart nümayiş etdirdiyini söyləyib.
Bizim.Media