Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək

Məşhur türkiyəli aktyor Tuncel Kurtizin xatirəsinə film festivalı təşkil olunacaq.

Bizim.Media türk mediasına istinadla xəbər verir ki, “Qardan bəyaz pərdə” film festivalı martın 2-dən başlayır.

Qeyd edək ki, festivalın ideyası aktyorun özünə aiddir. Ömrünün son günlərində bu barədə dostlarına da danışıb.

Xatırladaq ki, Tuncel Tayanç Kurtiz 1 fevral 1936-cı ildə Kocaelidə dünyaya gəlib.  Haydarpaşa liseyini bitirib, qısa müddət universitetdə hüquq, sonra filologiya, fəlsəfə, psixologiya və incəsənət tarixi üzrə təhsil alıb, lakin heç birini bitirməyib. 

İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlayan sənətçi filmlərdə rol alıb. 
1979-cu ildə çəkilən Gül Həsən filmi ilə rejissorluq debütü edib. Nurettin Sezerlə birlikdə yazdığı Gül Həsən filminin ssenarisi ilə 1981-ci ildə keçirilən Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını qazanıb. Erol Keskin, Hadi Çaman, Erol Günaydın və Hadi Çamanla birlikdə Genar Teatrını qurub. 80-ci illərdə xaricdə yaşamağa başlayıb. 2006-cı ildə Hacı, 2007-ci ildə Asi seriallarında rol alıb. 

2009-cu ilin əvvəlində ekranlara çıxan “Payız sancısı” filmində Kamil Əfəndi obrazını canlandırıb. Elə həmin il yayıma başlayan “Ezel” serialında Ramiz Karaeski obrazını canlandırıb və daha da tanınıb.

2011-ci ilin oktyabrında 48-ci Qızıl Portağal Film Festivalında Ömürlük Şərəf Mükafatını alıb. 
27 sentyabr 2013-cü ildə İstanbulun Etiler səmtindəki evində 77 yaşında vəfat edib.  29 sentyabr 2013-cü ildə Balıkəsirdə Edremit rayonunun Çamlıbel kəndində dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

Ərəb ölkələri üçün ABŞ-la ittifaqa əvvəlki kimi resurs yatırmağın mənası qalmır

Ərəb ölkələri üçün ABŞ-la ittifaqa əvvəlki kimi resurs yatırmağın mənası qalmır

Ekspert: “London Ukrayna vasitəsilə Moskvada 9 May paradını pozmağa cəhd edə bilər”

Ekspert: “London Ukrayna vasitəsilə Moskvada 9 May paradını pozmağa cəhd edə bilər”

Rusiya MN: Sutka ərzində 601 PUA zərərsizləşdirilib

Rusiya MN: Sutka ərzində 601 PUA zərərsizləşdirilib

Pensiyalarla bağlı RƏSMİ MƏLUMAT

Pensiyalarla bağlı RƏSMİ MƏLUMAT

İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

Valentina Antonenko VƏFAT ETDİ

Valentina Antonenko VƏFAT ETDİ

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ – FOTO

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ – FOTO

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

End of content

No more pages to load

RADİO