Qədim Misirin ən məşhur fironlarından biri olan Tutanxamonun qızıl maskası və əşyaları restavrasiya mərkəzindən Böyük Misir Muzeyinə köçürülüb. Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
Bizim.Media xəbər verir ki, uzun illər Qahirənin Təhrir meydanındakı muzeydə nümayiş etdirilən bu qızıl maska və Tutanxamonun 5 minə yaxın əşyaları üçün yeni muzeydə 7 min metrlik yer ayrılıb.
Ötən il istifadəyə verilmiş Böyük Misir Muzeyinin ekspertləri hazırda salonun dizaynı ilə məşğuldurlar.
Tutanxamon Qədim Misirin 18-ci sülaləsinə mənsub olub. O, qısa müddət ərzində - eramızdan əvvəl 1334-1325-ci illərdə hökmranlıq etsə də, tarixdə II Ramzeslə birlikdə ən məşhur firon kimi qalıb.
Bizim.Media