“Rosaviasiya” rusiyalılara xidməti səfərlər istisna olmaqla, xaricə getməməyi tövsiyə edib.
Bizim.Media Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Qeyd edək ki, Avropa İttifaqı ölkələri və Kanada Moskvanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlar səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Rusiya da buna cavab olaraq həmin dövlətlərə qarşı analoji addım atdığını elan edib.
Bizim.Media