“Maskalar düşür, Rusiya şəhər mərkəzlərini fəal şəkildə atəşə tutur, yaşayış məntəqələri və dövlət orqanlarının binaları artilleriya zərbələrinə məruz qalır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Twitter” hesabında yazıb.
“Rusiyanın məqsədi bəllidir - kütləvi təşviş yaratmaq, mülki əhali arasında itkilərə səbəb olmaq, infrastukturu dağıtmaq. Ukrayna ləyaqətlə mübarizə aparır”, - deyə Podolyak qeyd edib.

Bizim.Media