Sumı vilayətinin Lebedin şəhəri yaxınlığında Ukrayna ordusu “Bayraktar” pilotsuz təyyarələrinin köməyi ilə Rusiyanın 96 tankını, 20 “Qrad”ını və 8 yanacaq daşıyan maşınını məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Şimal Əməliyyat Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.
"Lebedin yaxınlığında 96 düşmən tankı, 20 “Qrad”, 8 yanacaq daşıyan maşın artilleriyanın və “Bayraktar”ların dəqiq zərbələri ilə yerlə yeksan edildi. Həmin ərazi ruslar üçün yanacaqdoldurma məntəqəsi idi. “Qrad”ın mövqeləri də darmadağın edildi!".
Bizim.Media
