Ukraynalı hərbçilərin ATƏT-in Xüsusi Monitorinq Missiyasının maşınlarını ələ keçirdiyi iddia olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Xalq Milisinə istinadən məlumat yayıb.
"Əməliyyat məlumatlarına görə, Ukrayna hərbçiləri Kramatorskda yaranmış vəziyyətdən istifadə edərək, ATƏT-in Xüsusi Monitorinq Missiyasının 20-yə yaxın avtomobilini ələ keçirib. Missiya üzvlərinin taleyi naməlum olaraq qalır", - məlumatda qeyd edilib.
Bizim.Media