Mariupol sakinlərinin gedişi üçün iki humanitar dəhliz təşkil edilir.
Bizim.Media xəbər verir ki, bunu DXR xalq milis idarəsinin rəis müavini Eduard Basurin söyləyib.
“Müvəqqəti olaraq təhlükəsiz yerə getmək istəyən bütün mülki şəxslər üçün Rusiya Federasiyasının Silahlı Qüvvələri DXR Xalq Milis İdarəsi ilə birlikdə iki humanitar dəhliz təşkil edir”, - deyə Basurin qeyd edib.
"Biz E58 magistralında həm Zaporojye vilayətinə, həm də Rusiya Federasiyası (qərb istiqamətində: Mariupol-Manquş, şərq istiqamətində: Mariupol-Bezymennoye) istiqamətləri üzrə hərəkətin təhlükəsizliyinə zəmanət veririk", - Basurin əlavə edib.
Bizim.Media