“Facebook” və “TikTok” öz platformalarında “Russia Today” və “Sputnik”ə girişi məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Facebook Meta” şirkətinin vitse-prezidenti Nik Kleq “ Twitter ” səhifəsində məlumat verib.
"Biz bir sıra hökumətlərdən və Aİ-dən dövlətin nəzarətində olan Rusiya mediasına qarşı əlavə tədbirlər görmək üçün müraciətlər almışıq. Mövcud vəziyyətin müstəsna xarakterini nəzərə alaraq, biz hələlik Aİ daxilində “RT” və “Sputnik”ə girişi məhdudlaşdıracağıq” – deyə Kleq qeyd edib.
“TikTok” sözçüsü də “NPR”ə açıqlamasında sözügedən media qurumlarının Aİ ərazisində bloklandığını söyləyib.
Bizim.Media
