Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov etiraf edib ki, Ukraynaya qarşı hücumda iştirak edən çeçenlər arasında itkilər olub.
Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram səhifəsində məlumat verib.
"Çeçenistan Respublikasının sakinləri (Ukraynada döyüşənləri nəzərdə tutur) arasında artıq itkilər var. İki nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - Çeçenistan rəhbəri yazıb.
Bizim.Media