Ukraynanın mobil operatorları Rusiya nömrələri olan telefonların onların şəbəkələrinə daxil olmasını bloklayaraq, Rusiya qoşunlarının rabitəsini kəsiblər.
Bizim.Media Korrespondent.net nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Rabitə effektiv döyüş əməliyyatlarının əsas elementlərindən biridir. Öz nömrələrinə zəng etmək imkanını itirən Rusiya qoşunları vətəndaşların telefonlarını əllərindən alırlar”, - hesabatda deyilir.
Bizim.Media