Ukrayna qırıcılarının pilotları Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı iki rus təyyarəsini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
“”S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, “Su-30” və “Su-35” olmaqla 5 qırıcı zərərsizləşdirilib. Həmçinin "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub” – deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib:
“Su-24m Hərbi Hava Qüvvələri Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq-mazut materialları ilə avtomobil sütunlarına ən azı dörd dağıdıcı bomba hücumu həyata keçirib”.
Nazirlik Bayraktar TB2 heyətinin xüsusi fəaliyyətini vurğulayıb.
Bizim.Media