Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu açıqlama verib.
M.Çavuşoğlu əlavə edib ki, bütün sahilyanı və sahilyanı olmayan ölkələrə qadağa ilə bağlı xəbərdarlıq edilib.
“Montrö razılaşmasının maddələri kifayət qədər açıq və dəqiqdir. Türkiyə bu günə qədər bu razılaşmanı tərəddüdsüz həyata keçirib", - deyə M.Çavuşoğlu əlavə edib.
Bizim.Media