"Biz Ukraynanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın bu ərazilərə hücum etməsini qəbul etmirik".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Rusiya və Ukraynanı problemin həllini diplomatiya və dialoq yolu ilə tapmağa çağırdığını vurğulayıb.
O qeyd edib ki, Türkiyə bölgədə sülhün və sabitliyin tərəfdarıdır.
Ölkəsi bunu İraq, Suriya, Qafqaz, Qara dəniz, Balkanlar və Aralıq dənizi bölgələrində atdığı addımları ilə göstərib. Həmçinin, Türkiə lideri Montrö sazişindən irəli gələn öhdəliklərini yerinə yetirəcəyini açıqlayıb.
Bizim.Media