Lənkəranda zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Belə ki, Xəyal Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib.
Həyat yoldaşı və iki azyaşlı övladını qaynatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görüb onun ata evinə gəlib.
Qapının bağlı olduğunu görərək geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.
Qeyd edək ki, hadisə rayonun Göyşaban kəndində qeydə alınıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media