Ukrayna ordusu rus qoşunlarına müqavimət göstərməkdə və qələbə qazanmaqda davam edir.
Məsələn, bu yaxınlarda məlum olub ki, Ukrayna Silahlı Qüvvələri pusqu təşkil edərək komandiri ilə birlikdə qırxdan çox SOBR xüsusi təyinatlısını məhv edib. Ukrayna əsgərləri, həmçinin Rusiyanın "Pançir" zenit-raket kompleksini qənimət kimi götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Mənbə qeyd edir ki, texnika Xerson vilayətində ələ keçirilib.
Xatırladaq ki, “Pançir” mülki və hərbi obyektləri hava hücumlarından qısa məsafədən mühafizə etmək üçün nəzərdə tutulub.
Bizim.Media