Rusiya ordusunun iyulun 8-nə keçən gecədən etibarən Kiyevə həyata keçirdiyi intensiv hava hücumu nəticəsində 2 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko teleqram kanalında paylaşım edib.
Onun sözlərinə görə, Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.
Qeyd edək ki, iyulun 6-na keçən gecə Kiyevə edilən kütləvi raket və dron zərbələri nəticəsində 19 mülki şəxs həlak olub, 60 nəfəri isə xəsarət alıb.
Bizim.Media