Finlandiyanın ikinci ən böyük pərakəndə şəbəkəsi olan Kesko Ukraynadakı vəziyyətə görə Rusiyadan gələn məhsullardan imtina edib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəbəkənin bəyanatında deyilir.
Kesko şirkətinin baş ofisi Helsinkidə yerləşən Finlandiyanın pərakəndə satış konqlomeratıdır. Qida məhsulları, məişət malları və tikinti materialları ticarəti ilə məşğuldur. İsveç, Norveç, Estoniya, Latviya, Litva, Rusiya və Belarusda işləyir.
Bizim.Media