Xarkov "Qrad"larla kütləvi şəkildə atəşə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“Onlarla ölü və yüzlərlə yaralı. Bütün dünya bu dəhşəti görməlidir", - deyə Geraşenko qeyd edib.
Qeyd edək ki, bu gün Xarkov şəhəri 2 saata yaxın ağır toplardan və “Qrad” qurğularından atəşə tutulub. Hazırda sakitlikdir.
Bizim.Media