BMT-nin İnsan Haqları Şurası Cenevrədə keçirilən 49-cu sessiyada Ukraynadakı vəziyyətin təcili müzakirəsinin lehinə çıxış edib.
Bizim.Media xəbər verir ki, qərar lehinə 29 səs, əleyhinə 5 səs və 13 bitərəf olmaqla qəbul edilib.
Rusiya, Çin, Venesuela, Kuba və Eritreya qərarın əleyhinə səs verib. Səsvermədə bitərəf qalanlar arasında Ermənistan, Qazaxıstan, Özbəkistan, Hindistan və Pakistan nümayəndə heyətləri də var.
İlkin olaraq 49-cu sessiyanın gündəliyində olmayan Ukraynadakı vəziyyətlə bağlı təcili müzakirənin keçirilməsi təşəbbüsü Kiyevdən gəlib.
Bu məsələnin bu həftə müzakirə olunacağı gözlənilir.
Bizim.Media