Rusiya əraziləri növbəti dəfə Ukrayna tərəfindən kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, gecə saatlarında hava hücumundan müdafiə (HHM) üzrə növbətçi vasitələrlə Ukraynaya məxsus ümumilikdə 179 PUA havada aşkarlanaraq zərərsizləşdirilib.
Rəsmi məlumata görə, pilotsuz uçuş aparatları Rusiyanın Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Kaluqa, Kursk, Oryol, Penza, Rostov, Saratov, Samara, Tver, Ulyanovsk vilayətləri, Krasnodar və Stavropol diyarları, Moskva regionu, həmçinin Krım Respublikası ərazisində, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində vurularaq məhv edilib.
Bizim.Media