Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, Zelenski danışığın detalları barədə Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Lukaşenko ilə telefonla danışdı
“Biz razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşəcək.
Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqları və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb”, deyə o, qeyd edib.
Bizim.Media
