Xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin Rusiya hərbçiləri haqqında şəxsi məlumatları, habelə bu ölkənin istifadə etdiyi məxfi parol və şifrələr ələ keçirilib.
Bizim.Media Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə UNİAN nəşri informasiya yayıb.
Mənbə yazır ki, sənədlərdə döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti, Rusiya hərbçilərinin hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma yolları və s. şərti əlamətlər, xüsusən də idarəetmə əmrlərinin dekodlanması yer alıb.
Bizim.Media