“Sizcə, Qərb Ukraynanın bərpasına kömək edəcəkmi? Ukrayna gündəmdən çıxacaq və unudulacaq, bundan Ukrayna xalqı əziyyət çəkəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
Onun sözlərinə görə, hamı Qomeldə oturub gözləyir (söhbət Ukrayna ilə danışıqlar aparmaq üçün Moskvadan gələn nümayəndə heyətindən gedir):
“Gələcəklər (Ukrayna nümayəndələri), danışıqlar olacaq, gəlməyəcəklər, Rusiya prezidentinin dünən mənə dediyi kimi, deməli, bu, onların öz seçimidir”.
Bizim.Media