"Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib və Qomel şəhərində işə başlamağa hazırdır”.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.
"Belarusda ukraynalılarla danışıqlar aparan Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Rusiya Federasiyasının digər idarələrinin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil edilib”, deyə o, qeyd edib.
Bizim.Media