Fevralın 27-si bazar günü səhər saatlarından etibarən Xerson vilayətinin Yeni Kaxovka şəhəri Rusiya qoşunlarının tam nəzarəti altındadır.
Bizim.Media Suspilne.Xerson nəşrinə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vladimir Kovalenko bildirib.
"Xerson vilayətindəki Yeni Kaxovka tamamilə rus qoşunlarının nəzarəti altındadır, onlar şəhər icraiyyə komitəsini ələ keçiriblər, binalardan bütün Ukrayna bayraqlarını yığışdırıblar", - Kovalenko bildirib.
Bizim.Media