Bu gün Belarusda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarus mətbuatı yayıb.
Mənbə əsas dəyişikliklərin nədən ibarət olduğunu yazıb:
- Lukaşenko iki dəfə daha prezident seçilə, yəni 2035-ci ilə qədər hakimiyyətdə qala bilər.
- Konstitusiyadakı neytral və nüvəsiz dövlət statusu haqqında müddəalar ləğv edilir.
- Ölkə başçısının aldığı qərarlar prezidentlik dövrü başa çatandan sonra məhkəmədə sorğulana bilməz və barəsində cinayət işi açıla bilməz.
Bizim.Media