“Azərbaycan Prezidenti İlham Əliyevlə danışığımızın nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınları və yanğınsöndürən maşınları pulsuz yanacaqla təmin etmək tapşırılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də paylaşım edib.
“Bu gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik”, - o qeyd edib.
Bizim.Media
